İbtidai sinif şagirdi intihar edibbackend

İbtidai sinif şagirdi intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakı şəhər Nəsimi rayonunda məktəbli intihar edib.

NOCOMMENT xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R. yaşadığı N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asıb. Anası onu xəstəxanaya aparsa da, 8 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalar zamanı gəlinən ehtimala görə, məktəbli oğlan sinif yoldaşı ilə problem yaşayıb.

R.N.-in anası hadisədən əvvəl oğlunun sinif yoldaşının məktəbdə onu incitdiyini dediyini bildirib. Bundan sonra azyaşlı mənzildəki oyun otağına keçib. Bir qədər sonra isə onun anası otağa daxil olub və 8 yaşlı övladının özünü asdığını görüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.