İcarəyə moped götürən şəxs şirkətin ondan artıq pul tələb etdiyini iddia edir – VİDEObackend

İcarəyə moped götürən şəxs şirkətin ondan artıq pul tələb etdiyini iddia edir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İcarəyə moped götürən şəxs şirkətin ondan artıq pul tələb etdiyini iddia edir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Bakı sakini Ağaəli Aşumzadə deyir ki, “Moto Market 313” MMC-dən moped icarəyə götürüb.

Mopeddə nasazlıq yarandığı üçün şirkətə müraciət edib. Lakin mopedin xərcinin yüksək məbləğdə təyin edildiyini və ondan tələb olunduğunu iddia edir. Hətta şirkət tərəfindən icarə ilə bağlı onun hərbi biletinin girov götürüldüyünü də deyir. Onun sözlərinə görə, sənəddə həm mopedin mühərrikinin həcmi səhv yazılıb, həm də təmir üçün ondan həddindən çox pul tələb edilir. İddia edir ki, bu halla tanıdığı bir neçə nəfər də üzləşib.

Şirkət tərəfindən ona mopedin motorunun həcminin yanlış deyildiyini və sənəddə də səhv qeyd olunduğunu iddia edir.

Məsələni qarşı tərəfdən öyrənmək üçün ofisə yaxınlaşdıq.

“Moto Market 313” MMC-nin rəhbəri Mehman Əzimov iddiaların əsassız və təmamilə yalan olduğunu bildirdilər. Onun sözlərinə görə, mopedin motorunun həcminin 49 kub olması tam qanunidir.

Sənədlərin girov götürülməsi fikirini də şirkət direktoru təkzib etdi.

Mehman Əzimov şirkət tərəfindən məsələ ilə bağlı məhkəməyə də müraciət olunduğu bildirdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.