İcbari tibbi sığortaya müraciət artır, problem isə qalır – Hansı addımlar atılmalıdır?backend

İcbari tibbi sığortaya müraciət artır, problem isə qalır – Hansı addımlar atılmalıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İcbari tibbi sığorta sistemində hələ də problemlər var. Bu problemləri aradan qaldırmaq üçün addımlar atılmalıdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Adil Qeybulla deyir ki, sistemi yenidən qurmaq lazımdır:

“Xəstəxanalarda insanlar basabas yaradırlar, növbəsiz, necə gəldi müayinə otağına daxil olurlar. Elə etmək lazımdır ki, hərə öz vaxtında gəlib müayinə oluna bilsin. Amma bütövlükdə icbari tibbi sığorta başlanğıc üçün kifayət qədər effektli bir sistemdir və vətəndaşlarımız da bundan xeyli yararlana bilib”.

O, vurğulayıb ki, bu günə qədər icbari tibbi sığortadan yetərincə yararlanan var:

“Ürək-damar xəstəlikləri üzrə aparılan müayinələrin, angioqrafiya üsullarının, neyrocərrahiyyə, orqan nəqli və digər mürəkkəb əməliyyatların həyata keçirilməsi demək olar ki, icbari tibbi sığorta hesabınadır. Bu, böyük rəqəmdir. Ona görə də insanların İcbari Tibbi Sığortadan narazı olmağa əsas yoxdur. Burada həkimlərin də fədakarlığı var. Sistemə müraciətlər daxil olur, həkimlər bunların hər biri ilə məşğul olur, problemini dinləyir. Heç bir ödəmə olmadan bu qədər insanın şəfa tapması böyük işdir. Bu baxımdan həkimlərin də əməyini qiymətləndirmək lazımdır”.

Qeyd edək ki, 2023-cü il ərzində icbari tibbi sığorta çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəricilərə görə, dövlət tibb müəssisələrinə 5 milyondan çox şəxs 22.3 milyon dəfə müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 52%-i icbari tibbi sığortadan yararlanıb. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 70.2 milyon olub. Tibbi xidmətlərin 86 %-i ambulator, 14 %-i stasionar şəraitdə göstərilib.