İçərişəhəri biabırçı hala salan KİMLƏRDİR? – FOTOFAKTbackend

İçərişəhəri biabırçı hala salan KİMLƏRDİR? – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının gözü hesab olunan İçərişəhər biabırçı mənzərə ilə gündəmə gəlib. Qala divarları ilə əhatə olunmuş, yaşı keçmişə dayanan tariximizə qarşı hörmətsizlik olunub. Belə ki, qədim şəhərin simasını əks etdirən İçərişəhərin divarlarında eybəcər yazılar öz əksini tapıb.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı görüntülər Ülviyyə Quliyeva adlı sosial şəbəkə istifadəçisi tərəfindən “Facebook” da paylaşılıb.

O, qədim şəhərin görünüşünü və səliqəsini korlayanlara sərt şəkildə etirazını da ifadə edib.

İddialara görə divarlarda yazıları yazanlar yetkinlik yaşına çatmayan uşaqlardır.