İçib maşını saxladığı yeri unutdu – Polisə qaçırıldığını dedibackend

İçib maşını saxladığı yeri unutdu – Polisə qaçırıldığını dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə sərxoş sürücü maşınının qaçırıldığını zənn edib.

NOCOMMENT xəbər verir ki, qafqazinfo-nun məlumatına görə, şəhər sakini S.Məmmədov “102”yə zəng edərək ona məxsus “QAZ” markalı avtomobilin oğurlandığını deyib. Polisin axtarışlarından sonra avtomobilin yeri şəhər ərazisində müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, avtomobilin sahibi sərxoş olduğundan sonuncu dəfə maşını harada saxladığını unudub. O, maşının qaçırldığını zənn edərək polisə müraciət edib.