İcma rəhbəri: Hazırda iki rahib Xudavəngdə yaşayır, lakin ermənilər…backend

İcma rəhbəri: Hazırda iki rahib Xudavəngdə yaşayır, lakin ermənilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda yol şəraitində görə, Kəlbəcərdəki Xudavəng monastırına gedib-gəlmək olmur. Ömər Aşırımında qarlı havaya görə biz həmin ərazidən keçə bilmədik. Amma başqa bir problem yoxdur. Bizim icmanın nümayəndələri də vaxtaşırı ora gedib-gəlib.

NOCOMMENT xəbər verir ki, bunu teleqraf-a Alban-Udi xristian icmasının sədri Robert Mobili deyib.

O qeyd edib ki, aşağı rütbəli iki erməni rahib Xudavəngdə qalır: “Onlar Xudavəng monastırının özündə yaşayır. Yemək və digər təchizatları da onlara rus sühməramlıları verir. Amma Azərbaycan tərəfi erməniləri Xudavəngə xeyli müddətdir ki, buraxmır. Nəzarət bizə keçəndən sonra vəziyyət belədir”.

İcma rəhbəri Xudavəngdə ermənilərin saxtalaşdırdığı faktlarla bağlı mühüm qiymətləndirilmələrin aparıldığını da söyləyib: “Dövlət tərəfindən bu işlər diqqətdə saxlanılır. İcma olaraq biz də öz tövsiyələrimizi veririk”.

Robert Mobili erməni ziyarətçilərin Xudavəng monastırına gəlib ibadət etməsinə ümumi razılığın olduğunu bildirib: “Sadəcə biz də icma olaraq təklif etmişdik ki, əgər ermənilər Xudavəngə ziyarətə gələ bilirsə, biz də Gəncəsər monastırı və digər məbədləri ziyarətə getməliyik. Bu, qarşılıqlı razılıq əsasındadırsa, bizim də o ziyarətgahları ziyarət etmək hüququmuz var. Ona görə də, bu məsələ həll edilməlidir. Bu səbəbdən də ermənilərin Xudavəngə gəlişi ilə bağlı razılıq məsələləri hələ ki, saxlanılıb. Kilsə ümumidirsə, biz də gedib ermənilərin nəzarətində olan ibadətgahlarda dini ayinlərimizi icra etməliyik”.