İcra başçıları rüşvət almağa vərdiş edən insanlardır — Deputatbackend

İcra başçıları rüşvət almağa vərdiş edən insanlardır — Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İcra başçılarının rüşvət alması sistemli xarakter daşıyır. Bu insanlar, artıq rüşvət almağa vərdiş edən insanlardır. Düzdür, gənc kadrlar önə çəkilir, bu, müsbət haldır. Həmin gənclər korrupsiyaya bulaşmayıblar. Amma hesab edirəm ki, idarəetməni dəyişmək lazımdır”.

NOCOMMENT.az bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

Deputat icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı qanun hazırlanmasının vacib olduğunu vurğulayıb: “Təsəvvür edin, icra hakimiyyətləri “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən fəaliyyət göstərirlər. Necə ola bilər ki, Prezidentin təyin etdiyi şəxslər qanunla işləməsinlər? İstənilən idarə – sosial müdafiə, maliyyə və s. qanunla fəaliyyət göstərirlər. Amma icra hakimiyyətləri qanunla deyil, Əsasnamə ilə işləyir. Ona görə də qanuni əsaslar yaradılmalıdır. Gələcəkdə referendumla Konstitusiyaya müvafiq dəyişikliklər etməliyik. Konstitusiyanın imkan verdiyi formada icra hakimiyyətləri haqqında qanun hazırlanmalıdır. Ümumiyyətlə, idarəçilik yerli özünüidarəetmə orqanlarına – bələdiyyələrə verilməlidir. Dəfələrlə Bakı meri vəfizəsinin seçkili olması ilə bağlı məsələ qaldırmışıq. Bu, digər böyük şəhərlərdə də olmalıdır. Prezidentin təyin etdiyi xüsusi nümayəndələr qanunların, dövlət başçısının fərman və sərəncamlarının aidiyyatı ərazi üzrə necə icra olunmasına nəzarət etməlidirlər. Onlar icra ilə məşğul olmalı deyillər. Bu sistem qurulmalıdır. Əks halda, korrupsiya və rüşvətxorluq davam edəcək”.