İcra başçısı 600 bal toplayanlara 6 manatlıq saat hədiyyə etdibackend

İcra başçısı 600 bal toplayanlara 6 manatlıq saat hədiyyə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov cari ildə ali məktəbə qəbul olan tələbələrlə görüş keçirib.

NOCOMMENT xəbər verir ki, bununla bağlı Sənan Nəcəfov öz Facebook səhifəsində paylaşım edib.

İcra başçısı tələbələrə “qiymətli” hədiyyələr verib. Rayon icra hakimiyyətinin paylaşdığı məlumatda qiymətli adlandırılan hədiyyələr sadəcə uşaq saatından ibarət olub. Sözügedən saatın satış dəyəri isə 5.80 manatdır.

Həmin saatlar da sadəcə 600-dən çox nəticə göstərmiş tələbələrə verilib. Qeyd edək ki, 2022-2023-cü tədris ilində rayon üzrə 7 nəfər 600-dən yuxarı bal toplayıb…