Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilən rayon xəstəxanasının sabiq baş həkimi Məhəmməd Musayevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətinə baxılıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Xəzər rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, Məhəmməd Musayevin cəza müddətinin 2/3 hissəsini çəkməsini nəzərə alaraq qalan 1 il 4 ay cəzadan şərti olaraq azad edilib.
Qeyd edək ki, C.Cəfərov və digər eks-vəzifəlilər 2020-ci ilin avqustunda korrupsiya cinayətləri ilə bağlı həbs olunublar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Sonradan Şirvan Apellyasiya Məhkəməsi Ceyhun Cəfərovun cəzasını 6 ilə, digərlərininkini 5 il 6 aya endirib.
Ali Məhkəmədə isə Ceyhun Cəfərovun cəzası 4 il 6 aya , Məhəmməd Musayevin cəzası isə 4 il 4 aya endirilib.
Daha sonra sabiq icra başçısı Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.