İcra başçısı karantin qaydalarını belə pozdu – FOTOFAKTbackend

İcra başçısı karantin qaydalarını belə pozdu – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə əhalinin daha çox toplaşdığı şəhərin avtovağzalında olub. Başçı 12 nəfərdən artıq heyət rayonun mərkəzi bazarının ərazisində, o cümlədən bir sıra ticarət və ictimai-iaşə obyektlərində insanlarla görüşüb.

İcra hakimiyyətindən verilən məlumata görə, tədbir koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilib. Əhali ilə görüşdə maarifləndirmə və izahat işləri aparılıb, onlara xüsusi karantin rejiminin qaydalarına əməl edilməsi barədə çağırış edilib.

NOCOMMENT xatırladır ki, iyulun 5-dən Azərbaycan ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Amma buna baxmayaraq, Quba rayon İcra Hakimiyyətinin başçısı və əshabları böyük bir qrup halında şəhərin küçələrində dolanıblar. Bu da İH-nin saytında yerləşdirilmiş fotofakt: