İcra başçısı məmurlara sərt XƏBƏRDARLIQ ETDİ – FOTObackend

İcra başçısı məmurlara sərt XƏBƏRDARLIQ ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İcra başçısı məmurlara sərt xəbərdarlıq etdi: “Kimsə o kartlara göz diksə ən sərt formada cəzalandırılacaq”.

NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin Başçısı Elnur Rzayev Ərazi İdarə Etmə orqanlarına “DOST-iş” MMC xətti ilə aztəminatlı vətəndaşların ödənişli ictimai işləri üçün ayrılan iş yerlərinin təyinatında saxtakarlığa yol verən məmurların ən sərt formada cəzalandırılacağını bildirib:

“Birinci növbədə sizdən xahiş edirəm bu iş yerlərinin təyinatı zamanı ehtiyyac meyarı nəzərə alınsın. İkinci növbədə də xəbərdarlıq edirəm ki, kimsə bu iş yerlərinin təyinatı zamanı saxtakarlığa yol verib öz maraqlarını güdərsə cəzalandırılacaq”.

Qeyd edək ki, icra başçısının göstərişi əsasında ötən həftədən etibarən rayon icra hakimiyyətində yaradılan xüsusi komisssiya ərazilərdə səyyar formada həmin iş yerlərinə təyin edilən şəxslərin kimliyinin yoxlanılmasına başlayıb.