İcra başçısı onları toyuna dəvət etmədibackend

İcra başçısı onları toyuna dəvət etmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ikinci dəfə ailə həyatı qurur. 40 yaşlı icra başçısı Alidə Mustafayeva adlı teleaparıcı ilə izdivaca girir. Cütlüyün toyu bu gün Bakıdakı dəbdəbəli restoranların birində baş tutacaq.

NOCOMMENT.az yenisabah.az-a istinadən xəbər verir ki, mərasimdə məhdud sayda qonağın iştirakı nəzərdə tutulub. Bəylə gəlini təbrik etməyə gələnlərin böyük əksəriyyəti qız evinin adamları olacaq. Bəy tərəfdən çox az sayda qonağın iştirakı gözlənilir. Seymur Orucov toya heç bir icra başçısını dəvət etməyib. Hətta rəhbərlik etdiyi rayonun vəzifəli şəxslərinin də toyda iştirakı məqbul görülməyib. Bəy tərəfdən toyda 5-6 yaxın qohumun və 3-4 dostun iştirak edəcəyi bildirilir.

Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar.