Quba rayon İcra Hakimiyyətində yeni təyinat olub.
NOCOMMENT unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı RİH-nin başçısı Ziyəddin Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Ruslan Teymur oğlu Şahbalayev Quba RİH-nin başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, o, daha öncə Xızı RİH-nin başçısının müavini vəzifəsində çalışıb.