İcra başçısı: Şuşaya niyə gedim? Orada nə edəcəm?backend

İcra başçısı: Şuşaya niyə gedim? Orada nə edəcəm?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşanın baş planı ilə bağlı məlumatım yoxdur. Şuşanın baş planını mənimlə müzakirə etməli deyillər, çünki mən nə memaram, nə də heykəltaraş, mən icra başçısıyam. Baş planın hazırlanmasının icra başçısına heç bir dəxli yoxdur.

NOCOMMENT xəbər verir ki, bunu publika-ya açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

Şuşanın icra başçısı işğaldan azad olunandan sonra Azərbaycan mədəniyyətinin paytaxtına bir neçə dəfə səfər etdiyini söyləyib: “Şuşaya bir neçə dəfə gedib-gəlmişəm. Gedib orada nə edəsiyəm ki?! Şuşa camaatı buradadır, orada deyil. Şuşanın əhalisi Azərbaycanın 60 rayonuna səpələnib. Camaat hər gün bizim yanımıza gəlir. Biz də burada tez-tez camaatla görüşürük”.