İcra başçısına yeni müavin təyin edilibbackend

İcra başçısına yeni müavin təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zahid Xəlilov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının yeni müavini təyin edilib.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, Zahid Əziz oğlu Xəlilov bu vaxtadək Nəsimi Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub.

Xatırladaq ki, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Anar Tağıyev dövlət başçısının sərəncamı ilə 2019-cu ilin oktyabrında Yevlax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.