İcra başçısına yeni müavin təyin olunubbackend

İcra başçısına yeni müavin təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elvin Paşayev sənəd imzalayıb.

Sənədə əsasən, bu vəzifəyə Arzu Qocayev təyinat alıb.

Qeyd edək ki, Qocayev Arzu Rövşən oğlu 1991-ci ildə Göygöl şəhərində anadan olub. O, 2008-2012-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.

2012-2015-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Beynəlxalq Ticarət ixtisası üzrə magistr təhsili alıb.

2016-2018-ci illərdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ regional “ASAN xidmət” mərkəzində baş məsləhətçi, 2018-2022-ci illərdə Şəki regional “ASAN xidmət” mərkəzinin direktoru, 2022-ci ilin fevral ayından etibarən isə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsində çalışıb.