İcra başçısının adamları jurnalisti necə döyüblər? – TƏFƏRRÜATbackend

İcra başçısının adamları jurnalisti necə döyüblər? – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanal13 yutub kanalının jurnalisti Əvəz Hafizli vəzifə öhdəliklərini yerinə yetirərkən “Dəyirman” restoranının mühafizəçisi tərəfindən döyülüb.

“Bakının Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən restoran təntənəli açılış mərasimi keçirirdi. Tədbirə yüksək vəzifəli məmurlar gəlirdi, bu, bahalı xidməti avtomobillərin nömrələrindən görünürdü. Bu zaman restoranın qapısı bağlı idi, yalnız mühafizəçiyə zəng gəldikdən sonra açılırdı”, – deyə Hafizli turan-a bildirib.

O, oraya restoranın Bakının Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova məxsus olduğunu bildirən oxucunun məlumatı əsasında gedib. Hafizli restoran kompleksinin hüdudlarından kənarda, dəmir barmaqlıqların yanında dayanaraq, mühafizəçilərdən müəssisənin sahibinin Yasamal rayon icra başçısı olub-olmadığını və sadə ziyarətçilərin içəri buraxılmamasının səbəbini soruşub. Dialoqla eyni zamanda videoreportaj çəkib.

Videogörüntülərdə qısa dialoqdan sonra mühafizəçinin jurnalistə qarşı fiziki gücə əl atdığı və çəkilişin dayandırıldığı görünür.

NOCOMMENT xəbər verir ki, Hafizlinin turan-a verdiyi məlumata görə, zorakılıq restorandan gələn göstərişdən sonra tətbiq edilib. Mühafizəçilər jurnalisti restoranın kazinosunun yaxınlığında hasarlanmış həyətin içinə aparıblar. Bir telefonu əlindən alıblar, jurnalist ikinci telefonunu əvvəlcədən gizlədibmiş. Bildiriblər ki, telefonu qaytarmayıb, onun yerinə ona bahalı Ayfon hədiyyə edə bilərlər. Daha sonra jurnalistə rüşvət təklif olunub, Hafizli bu sövdələşmə ilə razılaşmayıb və onu buraxmağı, telefonu qaytarmağı tələb edib. Bu zaman razılaşdırma cəhdləri təhdidlərlə əvəz olunub.

Jurnalist hasarın yaxınlığından keçənləri köməyə çağırıb. 102 nömrəsinə zəng edib. Hadisə yerinə gələn polis dəstəsi Hafizlini və restoran işçilərindən birini Binəqədi Rayon Polis İdarəsinin 5 saylı polis bölməsinə aparıblar. Orada hər iki tərəf yazılı ifadə verib, bu arada fürsət tapan restoran nümayəndəsi yenidənn jurnalisti təhdid edib və münaqişəni sülh yolu ilə həll etməyə razılaşdırmağa çalışıb.

Səhər polis bölməsindən çıxan Hafizli Travmatologiya İnstitutuna gəlib, burada həyata keçirilən rentgen müayinəsindən sonra qolunda sınıq aşkar edilib. Həkimlər jurnalistin qolunu gipsə qoyublar.

Jurnalist zorakılığın araşdırılması və təqsirkarların cəzalandırılması xahişi ilə ərizə yazıb DİN-ə göndərdiyini bildirib.