İcra başçısının məhkəməsində qadın müavini də dindiriləcəkbackend

İcra başçısının məhkəməsində qadın müavini də dindiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT xəbər verir ki, vəkil Kamandar Nəsibov report-a açıqlamasında bildirib ki, iclasda dövlət ittihamçısı qismində çıxış edən prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər elan edilən ittihamla özlərini qismən təqsirli bildiklərini deyiblər.

Daha sonra şahidlərin dindirilməsinə başlanılıb. İclasda iş üzrə şahid qismində tanınan 21 nəfər ifadə verib. K.Nəsibovun sözlərinə görə, ifadə verən şahidlərin əksəriyyəti rüşvəti bilavasitə Ağstafa rayon icra başçının müavini Lalə Eyyubovaya verdiklərini bildiriblər.

“Növbəti prosesdə iş üzrə şahid qismində Lalə Eyyubova da dindiriləcək”, – deyə vəkil bildirib.

Hakim Məhəmməd Bağırov növbəti prosesi fevralın 16-na təyin edib.