İcra başçısının müavini vəzifədən uzaqlaşdı – FOTObackend

İcra başçısının müavini vəzifədən uzaqlaşdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova tutduğu vəzifədən uzaqlaşıb.

NOCOMMENT.az xəbər verir ki, İlhamə Nəzərova vəzifədən uzaqlaşmasını 7times.az-a təsdiqləyib. O qeyd edib ki, işdən öz istəyi ilə çıxıb və dövlət qulluquçusu fəaliyyətinə başqa bir sahədə davam edəcək.

Qeyd edək ki, o 2013-cü ildən etibarən Xaçmaz Rayon İcra Hakimiyyətində çalışıb. Əvvəl sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri başçının müavini, daha sonra icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, 2018-ci ildən bəri isə icra başçısının birinci müavini vəzifəsində çalışıb.

İlhamə Nəzərova
İlhamə Nəzərova