İcra başçısının oğlu, iş adamı qaziyə avtomobil hədiyyə etdibackend

İcra başçısının oğlu, iş adamı qaziyə avtomobil hədiyyə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtomobil, tikinti və restoran sahələrində fəaliyyət göstərən “Efendiler Group”un sahibi iş adamı, Sabunçu rayon icra başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərli (Ənvər Vəliyev) Vətən müharibəsində hər iki ayağını itirmiş qazimiz Camal Alxasova yeni model “Geely” avtomobili hədiyyə edib.

NOCOMMENT.az Marja istinadən xəbər verir ki, iş adamı Ə.Ənvərli avtomobili şəxsən özü təqdim edib.

Sahibkar qazilərimizə və şəhid ailələrinə dəstək olunması üçün digər iş adamları və şirkət sahiblərinə də çağırış edib.

Qeyd edək ki, “Geely Azərbaycan” (“Rich Motors”) “Efendiler Group”a daxildir. Şirkət bir neçə gün yeni servis mərkəzini müştərilərin ixtiyarına verib.