İcra başçısının sabiq müavini vəfat etdibackend

İcra başçısının sabiq müavini vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayon icra hakimiyyəti başçısının kənd təsərrüfatı işləri üzrə keçmiş müavini, alim aqronom, aqrar elmləri üzrə fəlsəfə doktoru Firudin Şərbətov vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, mərhum alim 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Şərbətov Firudin Vəzir oğlu 24 noyabr 1958-ci ildə Cəlilabad rayonunun Cəlayir kəndində anadan olub. 1965-ci ildə Cəlilabad rayonunun Andreyevka kənd məktəbinin 1-ci sinfinə getmiş və həmin məktəbin 10-cu sinfini 1975-ci ildə bitirib. 1975-ci ildə Kirovabad şəhərindəki S.Ağamalıoğlu adına “Şərəf nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə daxil olub. Həmin institutu 1980-ci ildə bitirib.

O, 1992-ci ildə isə Cəlilabad rayon icra hakimiyyəti başçısının kənd təsərrüfatı işləri üzrə müavini vəzifəsinə təyin edilib.

1994-cü ilin fevral ayından 1996-cı ilə qədər Cəlilabad Təcrübə Stansiyasında “Seleksiya və toxumçuluq” şöbəsinin müdiri vəzifəsini icra edib.

2019-ci ildən etibarən Əkinçilik ET İnstitutunda “Bitki seleksiyası” şöbəsində aparıcı elmi işçi vəzifəsində calışıb. Ərzaq paxlalıları proqramının rəhbəri olub.
Report