İcra başçısının ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI: Sərxoş halda… – VİDEObackend

İcra başçısının ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI: Sərxoş halda… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun sosial şəbəkələrdə videosu yayılıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, video icra başçısı işğaldan azad olunmuş, doğulduğu Ağdam rayonunun Əliağalı kəndində çəkilib. N saylı hərbi hissənin komandiri ilə görüntülənən V.Həsənov ata yurduna gedib, evlərini, həyətlərini göstərib.

Videonun təqdimatında icra başçısının içkili olduğu iddia edilir və bu onun hərəkətlərindən, danışığından da hiss olunur. Buna görə də V.Həsənovun şəhid qanı ilə alınmış torpaqlara sərxoş vəziyyətdə getməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.