İcra hakimi müavinini işdən çıxardıbackend

İcra hakimi müavinini işdən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini vəzifəsindən azad edilib.

NOCOMMENT unikal.org-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Cəlilov əmr imzalayıb. Əmrə əsasən, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Dilavərov Alıcı Tapdıq oğlu işdən çıxarılıb.

Qeyd edək ki, A.Dilavərov Cəlilabad RİH-nin sabiq başçısı Namiq Zeynalovun dövründə həmin vəzifəyə təyin edilmişdi.

Xatırladaq ki, Namiq Zeynalov ötən ilin dekabr ayında həbs edilib.