İcra Hakimiyyəti suyu 8 dəfə baha qiymətə alır!!! – TENDERbackend

İcra Hakimiyyəti suyu 8 dəfə baha qiymətə alır!!! – TENDER

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Stone Construction” QSC olub.

Tender müsabiqəsinin şərtlərinə əsasən “Stone Construction” QSC Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə 161 min 896 manat dəyərində 19 min 600 ton su satacaq. Rəqəmlərdən də göründüyü kimi 1 kub metr içməli su üçün 8 manat 11 qəpik (1 ton su = 1,0183 kub metr) ödəniləcək.

Qeyd edək ki, bu qiymətlər “Azərsu” ASC-nin əhaliyə satdığı içəmli suyun qiymətilə (1 kub metr/0,70 manat) müqayisədə 11,6 dəfə, qeyri-əhali qrupuna satdığı içəmli suyun qiymətilə müqayisədə (1 kub metr/1 manat) isə 8,1 dəfə çoxdur.

Stone Construction” QSC eyni zamanda Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin sifarişi əsasında 2 min 260 ton çirkab suyunu da daşıyacaq və bu iş üçün əlavə olaraq 40 min 2 manat alacaq.

Məlumat üçün bildirək ki, 2008-ci ildən fəaliyyət göstərən “Stone Construction” QSC bu günə kimi çoxsaylı tenderlərin qalibi olub. “Stone Construction” QSC dövlət qurumlarına ehtiyat hissələri, yumşaq inventor, xüsusi geyimlər, dəftərxana və təsərrüfat malları, İKT avadanlıqları, idman geyimləri kimi fərqli mallar satıb.