İcra Hakimiyyəti təkzib etdi: Qarayaxmadırbackend

İcra Hakimiyyəti təkzib etdi: Qarayaxmadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov Rayon İcra Hakimiyyəti son günlərdə KİV-də icra başçısı Abdin Fərzəliyevlə bağlı söylənilən iddialara münasibət bildirib.

İcra Hakimiyyətinin mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, son günlər KİV-də yer alan ittihamlar böhtandan başqa bir şey deyil.

Xatırladaq ki, söhbət xaricdə yaşayan və Azərbaycan Respublikasının əleyhinə fəaliyyət göstərən Qurban Məmmədova Nərimanov rayonu ərazisində çoxlu sayda mənzil və ev verilməsindən gedir. Məlumatlarda qeyd olunub ki, bu evlər Prezident Administrasiyasının keçmiş başçısı Ramiz Mehdiyevin və şöbə müdiri Əli Həsənovun xeyir-duası ilə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən verilib.

Amma İH məlumatı təkzib etməklə bildirib ki, göstərilən ünvanda “Atlant-İnşaat” şirkəti təsdiq olunmuş layihə əsasında tikinti işləri aparıb. Ona görə də KİV-də yazılan qərəzli məlumatlar qarayaxmadır…