İcra Hakimiyyəti təzə yaranan şirkətə 200 min manat ayırdı – MÜƏMMAbackend

İcra Hakimiyyəti təzə yaranan şirkətə 200 min manat ayırdı – MÜƏMMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon MKTB tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “El Sev LGN” MMC (VÖEN: 1805220461) olub.

Binəqədi rayon MKTB təsərrüfat malları üçün “El Sev LGN” MMC-yə 198 min manat ödəyəcək.

Məlumat üçün qeyd edək ki, 198 min manatlıq tenderin qalibi olan “El Sev LGN” MMC müsabiqə elanından (Dövlət Satınalmaları Portalında yerləşdirilməyib) cəmi 2 ay əvvəl – 12.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri Sabunçu rayonu, Yeni Romana qəsəbəsi, 9-cu mədən, ev. 57”-də yerləşir. “El Sev LGN” MMC -nin qanuni təmsilçisi Cavadov Elvin Zahid oğludur.

Eyni gündə eyni ünvanda və eyni nizamnamə kapitalı ilə qanuni təmsilçisi Cavadov Elvin Zahid oğlu olan daha bir şirkət – “S.LL.Gens” MMC də dövlət qeydiyyatına alınıb.

Maraqlı məqamlardan biri də odur ki, son zamanlar “El Sev LGN” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda bir neçə şirkət qeydiyyata alınıb. Bu şirkətlərdən birinin adı “COVID 2020” olub.

Adı VÖEN-i Ünvanı Qanuni təmsilçisi Nizamnamı kapitalı Qeydiyyat tarixi
“COVID 2020” 1805129991 9-CU MƏDƏN (RAMANA
QƏS.) ev.57
MƏMMƏDOV COŞQUN MAYIL 2 manat 4.12.2020
“RST MOBILE” 1805134361 9-CU MƏDƏN (RAMANA
QƏS.) ev.57
MİRZƏYEV SAKİT
ƏYYUB
2 manat 8.12.2020
“AZƏRBAYJAN PETROLEUM COMPANY” 1805141821 9-CU MƏDƏN (RAMANA
QƏS.) ev.57
ZEYNALOV MEHMAN MÜRSƏL 2 manat 14.12.2020
“BAKU STEEL HOLDINQ” 1805141541 9-CU MƏDƏN (RAMANA
QƏS.) ev.57
ZEYNALOV MEHMAN MÜRSƏL 2 manat 14.12.2020
“ALFON MN” 1805143381 9-CU MƏDƏN (RAMANA
QƏS.) ev.57
SALMANOV ELVİN SÜLEYMAN 2 manat 14.12.2020
“MARAKA SN” 1805176281 9-CU MƏDƏN (RAMANA
QƏS.) ev.57
ƏLİYEV SAMİR ELÇİN 2 manat 11.01.2021
“EL SEV LGN” 1805220461 9-CU MƏDƏN (RAMANA
QƏS.) ev.57
CAVADOV ELVİN ZAHİD 2 manat 12.02.2021
“S.LL.GENS” 1805220331 9-CU MƏDƏN (RAMANA
QƏS.) ev.57
CAVADOV ELVİN ZAHİD 2 manat 12.02.2021