İcra hakimiyyəti vergi borcu olan şəxsdən 150 min manatlıq ərzaq alırbackend

İcra hakimiyyəti vergi borcu olan şəxsdən 150 min manatlıq ərzaq alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (açıq tender) qalibi məlum olub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi fərdi sahibkar Cabbarlı Anar Zöhrab oğludur (VÖEN- 5500488082).

Tender müsabiqəsinin şərtlərinə əsasən Cabbarlı Anar Zöhrab oğlu İmişli rayon İcra Hakimiyyətinə 150 min 514 manat 95 qəpik dəyərində 1 948 qutu ərzaq məhsulları satacaq.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan fərdi sahibkarın adına açıq internet resurslarda rast gəlmək mümkün deyil.

Cabbarlı Anar Zöhrab oğlu ilə bağlı yeganə məlumatı Dövlət Vergilər Xidməti açıqlayıb. Xidmətin məlumatında göstərilir ki, Cabbarlı Anar Zöhrab oğlunun dövlət büdcəsinə 229 manat 89 qəpik borcu var.

Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.