İcra Hakimiyyətinə məxsus avtomobil yandı – VİDEObackend

İcra Hakimiyyətinə məxsus avtomobil yandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzən Rayon İcra Hakimiyyətinə məxsus avtomobil yanıb.

NOCOMMENT.az-ın yerli bürosu xəbər verir ki, hadisə Bakı–Quba avtomobil yolunda baş verib.

Siyəzən RİH-ə məxsus 53-AC-390 dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı avtomobil yolda hərəkətdə olarkən anidən alışaraq yanıb.

Məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.

Qeyd edək ki, Siyəzən Rayon İcra Hakimiyyətinə müraciət etsək də, sorğumuza cavab verilməyib.

Videonu təqdim edirik: