Bura Ağcabədi rayonu, Nəsimi küçəsidir. Rayon İcra Hakimiyyətinin arxa hissəsindən keçən su kanalı uzun müddətdir ki, baxımsız və bərbad vəziyyətdədir.
NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, kanalın təmizlənməməsi ciddi problemlərə yol açıb. Natəmizlik, yığılan məişət tullantıları və üfunət qoxusu ərazidə normal yaşayışı mümkünsüz edir. Kanal boyunca toplanan zibillər birbaşa yaşayış evlərinin yanından keçərək ətraf mühiti çirkləndirir.
Yerlı sakinlər bildirirlər ki, yaranmış vəziyyət səbəbindən evdən çölə çıxmaq belə çətinləşib.
Sakinlər su idarəsinin məsələyə biganə yanaşdığını iddia edirlər və aidiyyəti qurumları dərhal tədbir görməyə çağırırlar.













