İctimai nəqliyyat iki gün işləməyəcəkbackend

İctimai nəqliyyat iki gün işləməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə yenidən məhdudiyyət tətbiq edilib.

NOCOMMENT-in məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonları ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.

Bununla əlaqədar bu gün saat 00:00-dan 3 avqust səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

3 avqust tarixində isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək.