İctimai Şuranın sədri – sabiq deputat vəfat etdibackend

İctimai Şuranın sədri – sabiq deputat vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov dünyasını dəyişib.

NOCOMMENT xəbər verir ki, bu barədə icra hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev sosial şəbəkələrdə məlumat paylaşıb.

Məlumatına görə, Vəzirxan Ənsərov 1946-cı ildə anadan olub. 1983-1991-ci illərdə Sumqayıt şəhər Xalq Deputatları Sovetinin üç çağırış deputatı seçilib. 2000-ci ildən 2009-cu ilədək 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin dairə seçki komissiyasının sədri vəzifəsində çalışıb. YAP Sumqayıt şəhər təşkilatında təşkilat şöbəsinin müdiri, sədr müavini, idarə heyətinin və şuranın üzvü seçilib.

2014-cü ilin 19 sentyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif olunub. Şəhər Ağsaqqallar Şurasının və idarə heyətinin üzvü idi.