İctimai yerlərdə 17 koronavirus xəstəsi saxlanılıbbackend

İctimai yerlərdə 17 koronavirus xəstəsi saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 14-də respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, onlardan 16 nəfər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Vəziyyəti nisbətən ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

“Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik”, – Mətbuat xidmətindən bildirilib.