İDDİA: Azərbaycanda daha bir məktəb direktoru bazar açıb – VİDEObackend

İDDİA: Azərbaycanda daha bir məktəb direktoru bazar açıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində yerləşən məktəblərin birində valideynlərdən pul yığılır.

NOCOMMENT xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Valideynlər şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli məktəbin direktoru İradə Məmmədovanın davamlı olaraq pul yığdığını bildiriblər: “Direktor davamlı 1-5 manat pul yığır. Məktəbdə stol sınır, başqa nəsə olursa, pulunu bizdən alırlar. Direktor deyir ki, pulu dövlət istəyir”.

Valideynlərdən biri də iddia edib ki, məktəbdə övladının sinfini dəyişmək üçün 200 manat pul ödəyib.

Sumqayıt Şəhər Təhsil Şöbəsindən oxu.az-a bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, son zamanlar məktəblərdə pul yığımı və neqativ hallarla bağlı paylaşımlar edilir.