İDDİA: Ermənilərin əlindəki əsgərimizin saxlanılmasına şəxsən Muradov vasitəçilik edibbackend

İDDİA: Ermənilərin əlindəki əsgərimizin saxlanılmasına şəxsən Muradov vasitəçilik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimz kimi, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Cəmil Babayev separatçı rejimin təhlükəsizlik qüvvələri tərəfindən avqustun 25-də Ağdərə şəhərində əsir götürülüb.

Qeyd edək ki, o, casusluq etmə, Qondarma Dağlıq Qarabağ Respublikası sərhədini qanunsuz keçmə və azyaşlı uşaqları ölümlə hədələmədə günahlandırılır. Bu gün Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov separatçılar tərəfindən saxlanılan Cəmil Babayevə baş çəkib. Onun saxlanılma şəraiti ilə tanış olub. Muradov Cəmilin ailəsi ilə danışmaq üçün şərait yaradılacağını bildirib.

Əsir götürülən əsgərimiz nə zaman geri qaytarıla bilər? Azərbaycan öz hərbi qulluqçusunun ermənilərin əlində qalmasına nə qədər dözəcək?

NOCOMMENT xəbər verir ki, Ağ Partiyanın sədri Tural Abbaslı mövzu ilə bağlı yenisabah-a danışıb.

O, vəziyyətin göründüyü qədər sadə olmadığını qeyd edib: “Bu məsələdə Rusiyanın xoşməramlı niyyəti yoxdur, vəziyyət göründüyü qədər sadə deyil.

Cəmil Babayev sülhməramlı qüvvələrin nəzarəti altında olan ərazidə saxlanılır. Muradov onu ziyarət edib. Bu görüş harada baş tutub? Deyirlər ki, qohumlarla əlaqə saxlamağına da icazə veriləcək. Kim icazə verəcək? Demək ki, burada üçüncü tərəf var. Rusiyadan soruşmaq lazımdır ki, üçüncü tərəf kimdir? Bizim əsgəri sülhməramlılar saxlamalıdır. Orada Azərbaycanın tanıdığı yeganə legitim qüvvə Rus sülhməramlılarıdır.

Onlar Azərbaycana və dünyaya mesaj verirlər ki, burada Qarabağ adlı bir quruluş mövcuddur. Hətta onun təhlükəsizlik xidməti, türməsi və cinayət məcəlləsi var. Bu türmədə saxlanılan əsgərimizin həbsinə də Rüstəm Muradov şəxsən vasitəçilik edib”.

Abbaslı Azərbaycanın ultimatum verməli olduğunu vurğulayıb: “Azərbaycan qısa və konkret ultimatum verməlidir. İki gün ərzində rus qoşunları əsgərimizi təhvil verməyəcəksə, Azərbaycan genişmiqyaslı terror əməliyyatına başlayıb əsgərini xilas edə bilər.

44 günlük müharibə oldu, şəhidlər verdik, torpaqlarımızı azad etdik ki, öz ərazimizdə, öz vətəndaşımız girov saxlanılsın? Xeyr.

Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi daha konkret və kəskin addımlar atmalıdır”.