İDDİA: Gömrük Komitəsi bu qurumla birləşdirilir, rəhbəri isə…backend

İDDİA: Gömrük Komitəsi bu qurumla birləşdirilir, rəhbəri isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi birləşdirilir.

NOCOMMENT xəbər verir ki, üç mənbə bu məlumatı index.az-a təsdiqləyib.

İki qurumun birləşməsindən yaranacaq yeni qurum İqtisadiyyat Nazirliyinin tabeliyində deyil, ayrıca qurum (nazirlik və ya komitə) kimi fəaliyyət göstərəcək.

Mənbə bildirib ki, yeni yaranacaq qurumun rəhbərliyinə hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi olan Mətin Eynullayev gətiriləcək.

Qeyd edək ki, M.Eynullayev 6 may 2021-ci ildən Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi vəzifəsini icra edir.

Daha əvvəllər Təhsil Nazirliyinin Aparat rəhbəri, (2013–2017) təhsil nazirinin müavini, (2017–2018) 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (27 dekabr 2018) vergilər nazirinin müavini (2018–2020) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini və Xidmətin rəisi səlahiyyətlərinin icraçısı (13 may, 2020-ci il tarixindən) Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri (19 avqust, 2020-ci ildən) vəzifələrini icra edib.

Ailəlidir. 2 övladı var.