İddia: Moskvadan Paşinyana cavab verən yoxdurbackend

İddia: Moskvadan Paşinyana cavab verən yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan ordusu sərhəddən 15 kilometr geri çəkilməli və təhlükəsizlik zonası yaradılmalıdır”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, İrəvan siyasi iradə göstərib sülh müqviləsini imzalamaq üçün addımlar atacağını rəsmən elan edərsə, Brüsseldə əldə olunmuş razılaşmaların icrasını həyata keçirərsə və xüsusilə “status” məsələsini artıq qaldırmayacaqsa, təxribatlara son verib atəşkəsə nail olmaq mümkündür:

“Bir neçə gündür ki, Ermənistan Kəlbəcər istiqamətində strateji yüksəklikləri işğal edib, psixoloji üstünlük əldə etməyə çalışırdı. Amma Azərbaycan ordusu bu təxribatların qarşısını qətiyyətlə aldı.

Bir sözlə, davamlı atəşkəs o halda əldə edilə bilər ki, Ermənistan üzərinə götürdüyü şərtlərə əməl etsin. Amma İrəvandan belə bəyanat eşitmirik və praktiki addım atıldığını görmürük.

Hesab edirəm ki, Ermənistan sülh müqviləsinə imza atmasa, mülki əhalini və infrastrukturları qorumaq üçün bufer zona yaradılmalıdır. Ermənistan ordusu dövlət sərhəddindən 15 km geri atılmalıdır. Həmçinin Qarabağın dağlıq hissəsindəki qanunsuz və separatçı silahlı birləşmələr çıxarılmalıdır. Ermənistan bunu da etməyəcəksə, Azərbaycan bunu doğru bildiyi yolla edəcək”.
Ətraflı

Məhəmməd Əsədullazadə ABŞ-ın son gəlişmələrə münasibətinə də diqqət çəkib: “Artıq ABŞ Dövlət Departamenti Azərbaycan əleyhinə bəyanat verib. Guya Ermənistanın mülki infrastrukturuna atəş açmışıq. Ağ yalandır. Halbuki İkinci Qarabağ Müharibəsində Ermənistan dünyanın gözü qarşısında Gəncə və Bərdəni ballistik raketlərlə atəşə tutmuşdu, onlarla dinc sakin həlak olmuşdu. Azərbaycan isə nə işğal altındakı ərazilərdə, nə də Ermənistandakı mülki obyektiləri hədəf seçdi. Dövlət Departamenti “Amerika Erməniləri Assambleyası”nın mövqeyini dövlətin yanaşması kimi açıqlayıb.

Moskvanın mövqeyinə gəldikdə, başı Ukraynada qarışıb. Yəni Ermənistan-Azərbaycan məsələsinə ayırmağa vaxtı yoxdur. Bu səbəbdən də Paşinyanın çağırışlarına Moskvadan cavab verən yoxdur.

Avropa İttifaqı isə açıq bəyan etməsə də, Azərbaycanın mövqeyini dəstəkləyir. Qərbdən Azərbaycana elə bir ciddi təzyiq yoxdur. Hesab edirəm ki, ABŞ bəyanatdan o yana keçməyəcək. Türkiyə isə həmişə olduğu kimi Azərbaycanın yanındadır”.