İddia: Putinin qızı Mariya xarici ölkəyə qaçırmış?backend

İddia: Putinin qızı Mariya xarici ölkəyə qaçırmış?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin gələn həftə 37 yaşı tamam olacaq qızı Mariya Vorontsovanın dost ölkədə tətil etmək xahişini rədd edib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Putinin qızı Vorontsova ilə bağlı bu iddia həm Rusiya ictimaiyyətində, həm də sosial şəbəkələrdə gündəm olub.

Putinin bu səfəri əngəlləməsinə səbəb qızının xaricə gedəndən sonra ölkəyə qayıtmaq istəməməsi olub. İddiaya görə, niderlandlı iş adamı Jorrit Faassendən boşanmağa qərar verən Vorontsova 33 yaşlı yeni sevgilisi Yevgeni Naqornı ilə tətilə getməyi planlaşdırıbmış.

Sosial mediada paylaşılan xəbərlərdə və iddialarda Putin bu bayramın qarşısını almaqla yanaşı, Mariyanın təhlükəsizliyini də artırdığı bildirilir. Qeyd olunur ki, Putinin böyük qızı ölkəni tərk etdikdən sonra Rusiyaya qayıtmağı planlaşdırmırmış.

Sanksiyalara görə Avropa ölkələrinə istirahətə gedə bilməyən Mariya Vorontsovanın keçmişdə İtaliyada istirahətdə olarkən fotoları yayımlanıb.

Vorontsova hazırda Rusiya Səhiyyə Nazirliyi yanında Milli Endokrinologiya Tibbi Tədqiqat Mərkəzində işləyir.