İDDİA: Yolunu azan erməni nəzarətimizdəki əraziyə keçibbackend

İDDİA: Yolunu azan erməni nəzarətimizdəki əraziyə keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mətbuatı Qarabağın Əsgəran bölgəsində bir erməni sakinin yolu azaraq, Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçdiyi barədə məlumat yayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Əsgəran rayonunun Ayaslı kənd sakini 1971-ci il təvəllüdlü Armen Abrikoviç Verdyanın bu gün səhər saat 7:30 radələrində itkin düşməsi barədə məlumat MTN-ə daxil olub.

“Daxil olan məlumat əsasında həyata keçirilən tədbirlər zamanı məlum olub ki, vətəndaş Naxçıvanlı (Naxçıvanik) və Qılıncdağ (Uxtasar) qəsəbələri ərazisində azaraq, Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındakı zonaya keçib. Rusiya sülhməramlılarına insident barədə məlumat verilib. Hazırda Armen Verdyanın Ermənistan tərəfinə qaytarılması ilə bağlı danışıqlar aparılır”, – deyə məlumatda bildirilib.