İdman Akademiyası intihar edən tələbə barədə: “Çalışqan və aktiv idi”backend

İdman Akademiyası intihar edən tələbə barədə: “Çalışqan və aktiv idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

20 yaşlı gənc özünü asaraq intihar edib. Hadisənin səbəbi hələlik məlum deyil.

NOCOMMENT.az xəbər verir ki, modern.az saytının əməkdaşı hadisə ilə bağlı universitetin mətbuat katibinə müraciət edib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının mətbuat katibi Qabil Mehdiyev intihar edən tələbə ilə bağlı saytımıza açıqlamasında bu hadisənin onlara da çox müəmmalı gəldiyini bildirib:

“Çalışqan, hörmət etdiyimiz tələbələrimizdən biri idi. Passiv tələbə deyildi.. Dərslərdə də fəal iştirakı ilə yanaşı, qiymətləri də yaxşı idi. Paşa həyat dolu, mehriban uşaq idi”.

Q.Mehdiyev ailəsinin də intiharın səbəbi ilə bağlı məlumatsız olduğunu qeyd edib:
“İntiharın səbəbi ilə bağlı hələ ki heç bir məlumatımız yoxdur. Bu işlə hüquq-mühafizə orqanları məşğul olur. Ailə üzvləri onun problemsiz uşaq olduğunu söyləyiblər.

Rektorun tapşırığı ilə elə həmin gün kollektivdən dekan və kafedra müdiri gedib, ailəsini ziyarət ediblər. Rektorun özü isə birbaşa atasına zəng vuraraq, başsağlığı verib. Maddi dəstək göstərmək istənilsə də, buna ehtiyaclarının olmadığını, göstərdikləri mənəvi yardımın böyük dəstək olduğunu bildiriblər”.