“Barselona” Donetsk “Şaxtyor”unu məğlub edib

“Barselona” Donetsk “Şaxtyor”unu məğlub edib

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün, oktyabrın 25-də Çempionlar Liqasının qrup mərhələsinin III turunun “Barselona” və Donetsk “Şaxtyor”u arasında oyunu keçirilib. Kataloniyanın paytaxtında “Stadio Olimpiko”da keçirilən görüş “Barselona”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun 28-ci dəqiqəsində hücumçu Ferran Torres hesabı açıb. Meydan sahiblərinin 36-cı dəqiqəsində Fermin Lopes dubl edib. “Şaxtyor”un yeganə qolunu 62-ci dəqiqədə yarımmüdafiəçi Georgiy Sudakov vurub.

Beləliklə, keçirilən üç oyundan sonra “Barselona” 9 xalla H qrupunda turnir cədvəlinə başçılıq etməkdə davam edir. “Şaxtyor” üç xal qazanaraq üçüncü pillədə qərarlaşıb. İkinci yerdə iki görüşdən sonra üç xalı olan “Portu” qərarlaşıb. Xal toplaya bilməyən Belçikanın Antverpen klubu isə turnir cədvəlində dördüncü yerdə qərarlaşıb.