Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso vergidən yayındığına görə cəzalandırılmayacaq.
NOCOMMENT.az “Mundo Deportivo”ya istinadla xəbər verir ki, İspaniya Ali Məhkəməsi prokurorun şikayətini rədd edib.
Qeyd edək ki, söhbət Alonsonun 2010-2012-ci illər ərzində dövlət xəzinəsinə ödəmədiyi iddia edilən iki milyon avrodan gedir.
41 yaşlı mütəxəssis ötən ilin oktyabrından “Bayer”ə rəhbərlik edir. Hazırda onun komandası 8 turdan sonra 22 xalla Almaniya çempionatının turnir cədvəlinə başçılıq edir.












