İdmançımız Bolqarıstanda bürünc medal qazandıbackend

İdmançımız Bolqarıstanda bürünc medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan sablyaçısı Palina Kaspiaroviç Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Satellite” turnirində qadınların şəxsi yarışında bürünc medal qazanıb.

NOCOMMENT.az Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran Palina Kaspiaroviç uğurlu seriyanın davamını pley-offda da gətirib.

Yarımfinala kimi irəliləyən sablyaçı finalın bir addımlığında Rumıniya təmsilçisinə Andreea Lupuya 14:15 hesabı ilə uduzaraq turnirin bürünc medalını qazanıb.