İƏT-dən Ermənistana ÇAĞIRIŞ – Separatçıları Qarabağdan çıxarın!backend

İƏT-dən Ermənistana ÇAĞIRIŞ – Separatçıları Qarabağdan çıxarın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi avqustun 3-də qanunsuz silahlı dəstələrin Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutması nəticəsində hərbçi Anar Kazımovun həlak olmasını pisləyən bəyanat yayıb.

NOCOMMENT.az xəbər verir ki, bəyanatda Ermənistana çağırış edilib.

İƏT Ermənistanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat üzrə öhdəliklərini yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırıb.

İƏT Baş Katibliyi azərbaycanlı şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.