İƏT-dən Qarabağla bağlı daha bir bəyanatbackend

İƏT-dən Qarabağla bağlı daha bir bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozmaqla və mülki şəxslərin tələfatına səbəb olmaqla Dağlıq Qarabağ regionunda Azərbaycan Ordusuna qarşı hücumlarının və hərbi əməliyyatların İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi tərəfindən izlənilməsinin davamı olaraq, Baş Katiblik atəşkəsin əldə olunmasının əhəmiyyətini bir daha vurğulayır.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən verilən məlumata görə, Baş Katiblik tərəfləri BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, birbaşa dialoq vasitəsilə münaqişənin sülh yolu ilə həllinə çağırır.

Baş Katiblik əvvəlki bəyanatında Azərbaycan Respublikası ilə həmrəy olduğunu bildirib, İslam Əməkdaşlıq Təşkilatının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə və qərarlarını xatırladıb, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam və qeyd-şərtsiz çəkilməsini tələb edib, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında iki ölkə arasındakı münaqişənin siyasi həllinin dialoqdan keçdiyini bəyan etmişdi.