İƏT: Məscidül-Əqsa hər qarışı ilə yalnız müsəlmanlara məxsusdurbackend

İƏT: Məscidül-Əqsa hər qarışı ilə yalnız müsəlmanlara məxsusdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordaniya və Fələstinin çağırışı ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki qərargahında fövqəladə toplantı keçirilərək İsrailin Məscidül-Əqsaya qarşı etdiyi pozuntular müzakirə edilib.

NOCOMMENT.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha Qüdsdəki Məscidül-Əqsanın hər qarışı ilə müsəlmanlara məxsus bir məbəd olduğunu bildirib.

“Qüds işğal olunmuş Fələstin torpaqlarının ayrılmaz bir parçası və Fələstin dövlətinin paytaxtıdır. Məscidül-Əqsa hər qarışı ilə yalnız müsəlmanlara məxsus bir məbəddir.” deyə Baş katib açılışda çıxış edərkən qeyd edib.

NOCOMMENT.AZ