Avqustun 25-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı növbədənkənar iclası keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə təşkilatın saytında deyilir.
“Fövqəladə toplantı İsrailin Qəzza zolağına tam nəzarəti bərqərar etməyə yönəlmiş qərarlara və planlara qarşı birgə tədbirləri əlaqələndirmək üçün keçirilir”, – məlumatda deyilir.
Qeyd olunur ki, təşkilatın iştirakçıları “İsrailin törətdiyi cinayətlərə” qarşı mümkün cavab tədbirlərini müzakirə edəcəklər.