İfadələr işgəncələr əsasında alınıb – İlkin Süleymanovbackend

İfadələr işgəncələr əsasında alınıb – İlkin Süleymanov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlkin Süleymanov prokurorun suallarını cavablandırıb.

Məhkəmədə prokuror Müşfiq Rəhimov təqsirləndirilən şəxsə “hadisəni törətmədiyini bildirirsən, lakin istintaq zamanı verdiyin ifadədə cinayəti törətdiyini etiraf etmisən, əgər cinayəti törətməmisənsə, bəs niyə elə ifadə veribsən?” sualını verib.

İ.Süleymanov cavab olaraq bildirib ki, həmin ifadə işgəncələr əsasında alınıb:

“Mənə qarşı çox təzyiqlər göstərilib. Dəfələrlə məndən istədikləri ifadəni alana qədər işgəncə ediblər. Sonradan artıq həmin işgəncələrə və təzyiqlərə tab gətirməyib, onların istədikləri ifadəni verib altından da imzamı atdım. Bildirilir ki, güya məndən iki dəfə ifadə alıblar, lakin bircə dəfə ifadə alınıb”.

Növbəti məhkəmə prosesi mayın 25-nə təyin olunub.

Qeyd edək ki, L.Quliyevin ifadəsi növbəti məhkəmədə də davam etdiriləcək. Məhkəmənin növbəti iclası isə dekabrın 22-sinə təyin edilib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.