Abşeron Rayon İcra Hakimiyyəti tədbirlərin təşkil olunması xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi ilə müqavilə bağlayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qalib “Medical Media” MMC ilə bağlanmış müqavilənin ümumi dəyəri 247.782,3 AZN təşkil edir.
Qeyd edək ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 20 manatdır. “Medical Media” MMC-nin qanuni təmsilçisi isə Sədi Məmmədov Əbülfət oğludur.
Xatırladaq ki, hazırda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.