II qrupda 200-dən çox bal toplayanların sayı AÇIQLANDIbackend

II qrupda 200-dən çox bal toplayanların sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbul imtahanlarının nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6039 abituriyent ikinci ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ əldə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat II ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb.

Xatırladaq ki, bu il II qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Qeyd edək ki, ikinci ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması cədvəlləri ilə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada tanış olmaq mümkündür.