III qrupda ixtisasların sayı artırılırbackend

III qrupda ixtisasların sayı artırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə hazırladığı qərar layihəsi müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.

NOCOMMENT xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qərar layihəsində “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının ali təhsil müəssisələrindəki tədris planları və qəbul imtahanlarında ixtisas qruplarına aid olan fənlər üzrə tələb olunan bilik və bacarıqlar nəzərə alınaraq 2021-ci ildən etibarən II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupunda yerləşdirilməsi nəzərdə tutulur.